Müğənni Nura Suri AzTV-də efir qadağasına məruz qaldığını iddia edib.

Open.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Sənətçi, eyni zamanda aparıcı Hüsniyə Məhərrəmovanın feysbukda yazdığı statusa görə işdən kənarlaşdırıldığını qeyd edib:

“Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV məni “zapret”ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacağam. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz”.

"Qafqazinfo" mövzu barədə AzTV ilə əlaqə saxlasa da, kanal ittihamlara cavab verilməyəcəyini qeyd edib.

Qeyd edək ki, H. Məhərrəmova bir müddət əvvəl AzTV ilə yollarını ayırdığını, başqa bir sahədə çalışacağını bildirmişdi.