Hüseyn Dəryanın ilk evliliyindən olan qızı Aişə ATV-də yayımlanan "Bizimləsən" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, reperin qızı atasının ikinci evliliyindən olan qardaşı Cahangirdən DNT analizi tələb edib.

Aişə atasının oğlunun olmadığına inanır: "Heyif ki, doğruları öyrənə bilmədən atamı itirdim. İstəyirəm Cahangirin qardaşım olduğuna tam inanım. Atam sağ ikən də, onun haqqında qalmaqallar çox idi. Amma indi atam haqda sözləri təhqir kimi qəbul edirəm. O, sağ olanda qardaşımla çox illərimizi itirdik, bir yerdə deyildik. Gələcəkdə onunla bir-birimizə dayaq olacağıq. Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram".