Türkiyəli aktyor Tolga Karelin keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

Open.az xəbər verir ki, bu haqda "2. Sayfa" verilişində məlumat verilib.

Canlı yayıma bağlanan Musayeva bu sözləri deyib: "Həmin gün Taha çox əsəbi idi. Oğlumu döydü. Mən özümü müdafiə etmək üçün bıçağı əlimə aldım. Üstümə gələndə bıçaq ona batdı".

Günay Musayevanın sevgilisi Taha polisə şikayətçi olub. Hazırda model haqda istintaq başladılıb. Onun üç ilə qədər həbsi gözlənilir.

Azərbaycanlı model türk sevgilisini bıçaqladı