Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün səhhətində ciddi problemlər yaranıb.

Open.az-ın əldə etdiyi məlumata görə, sənətçinin başında onkoloji şiş aşkarlanıb.

Ağrılarının çoxalmasından sonra həkim yoxlanışından keçən G.Şükürlüyə təcili əməliyyat olunmağının vacibliyi qeyd edilib. Lakin maddi durumu yaxşı olmayan qarmon ifaçısı bundan imtina edib.