"Gözəl qadın deyiləm, özümü gözəl hesab etmirəm. İnsanın daxilində nur olmalıdır ki, üzünə vursun".

Open.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli İnstaqramda canlı yayımda deyib. O, "Gözəlliyinizin sirri nədir" sualına cavab verərkən bunları deyib.

Roza daha sonra kasıb ailənin toyunu qonorar almadan aparmasından bəhs edib:

"Bu, yeni sual deyil. 20 ildir səhnədəyəm. Saymamışam, yüzdən çox təmənnasız kasıb toyu idarə etmişəm. Edirəm də... İmkanı yoxdursa, canla-başla. Amma bəzən imkanı olur, yalandan deyir. Mən də araşdırıb, sonra edirəm".

Karantinin ona vurduğu ziyandan söz açan sənətçi "İllər əvvəl yaşadığım normal həyatı qaytardı: övladlarımla zaman keçirdim, mətbəxə qayıtdım. Yaxşı tərəfi oldu, amma maliyyə böhranı yaşadım. Düşünürəm ki, martda koronavirus bitər. Belə xəstəlik iki-üç il gedir. Vəba 6 il davam edib. Düşünürəm, müasir dövrdə bir ildən artıq davam etməz" sözlərini əlavə edib.

Oğlu Corcu bir müddət əvvəl evləndirəcəyini deyən R.Zərgərli hazırda elə bir fikrinin olmadığını açıqlayıb:

"Məndən olsa, uşaqlarımımn hamısını sabah evləndirərəm. Ailədə çox adam olanda xoşum gəlir. Bir ara oğlumun belə fikri var idi, alınmadı".