“Azərbaycan müğənnilərini izləyirəm. Amma onların yollarını getmirəm. Nə yalan deyim, onlardan nümunə olaraq da heç nə götürmürəm. Ehtiyacım yoxdur. Onlarda olandan məndə artığı var”.

Open.az xəbər verir ki, bu sözləri müğənni Əhməd Mustafayev “ATV maqazin 10larla” verilişinə açıqlamasında deyib.

Həmkarlarından söz açan ifaçı, onları tənbəl olmaqda qınadı: “Məndə yaradıcılıq daha genişdir. Çünki mənim neçə illik musiqi təhsilim var ki, bu gün mən ondan bəhrələnirəm. Elə musiqilər dinləyirəm ki, heç Azərbaycanda 20 müğənnidən 1-ni dindirsən, bəlkə də o ifaçıları tanımırlar. Amma toy mahnılarını soruş, haradan desən bilirlər”.

Əhməd eyni zamanda yeni işini də təqdim edib. O, sözləri və musiqisi özünə, aranjimanı isə Fərid Ağaya aid olan “Əzizim” adlı mahnısına ekran həyatı verib. Bayatıdan bəhrələndiyini bildirən Mustafayev klipdə eyni zamanda rəqs qrupu ilə də sinxiron rəqs edib.

Ekran işində bir model xanım da rol aldığını deyən ifaçı xanımının qısqanclığından söz açıb: “Son zamanlar məni çox sıxırlar. Bunlar mənim işimdə normal olan şeylərdir. Mən dərdimi, şikayətimi kimə deyim? Belə olmaz (gülür). Mən artistəm. Klipdə həm mahnı oxuya bilərəm, həm də aktyorluq edə bilərəm”.