Xalq artisti Flora Kərimova "Sığmazam" qəzəlini oxuyan Sami Yusifə dəstək olub.

Open.az xəbər verir ki, Kərimova Saminin əsl Azərbaycan musiqisini təbliğ etdiyini qeyd edib.

O, sosial şəbəkədə mahnı haqda fikirlərini bölüşüb:

“Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları - muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Gənc Sami Yusuf və ona dəstək olanlar bu işin öhdəsindən layiqi ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”