Aparıcı Hacı Nuran Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı, diktor Vahidə Sadıqovanı doğum günü münasibətiylə təbrik edib.

Bu münasibətlə Hacı Nuran cütlüyün nadir fotolarını paylaşıb. Eyni zamanda Vahidə xanım barədə təəssüratlarını ifadə edən Hacı Nuran cütlüyün böyük eşq yaşadığını qeyd edib:

“Mən bu həyatda çox sevgilər gördüm, amma onlarınkı kimisinə heç rast gəlmədim... Mən bu həyatda çox qadınlar gördüm, amma onun kimi həyat yoldaşına bağlı olanını görmədim... Mən bu həyatda çox kişilər gördüm, amma onun kimi qadınını sevən, ona heyran olan çox az kişi gördüm... O iki insan mənə doğmam qədər əzizdir: ən ləziz tikələrini dostları ilə bölən, ən son qəpiklərini yaxınından əsirgəməyən cütlükdür onlar... Söhbətin Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov və onun ömür-gün yoldaşı, tanınmış diktor Vahidə Sadıqovadan getdiyini bildiniz yəqin ki... Bu gün Vahidə xanımın doğum günüdür. Deyirlər, qadından yaş soruşmazlar, o isə heç vaxt yaşını gizlətmədi. Qürurla, fəxrlə qeyd etdi. Bu gün yubileyidir – 65 yaşı tamam olur Vahidə xanımın. Özü də adı kimi vahid insandır, bənzərsizdir. Bənzərsiz olmasaydı, Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? Əlbəttə, yox. Mənim üçün əziz, dəyərli olan insan, anam qədər doğma qadın, doğum günün mübarək!”. (Publika)

Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: Onun kimi qadınını sevən çox az kişi gördüm