Bir müddət öncə müğənni Ramal İsrafilov rəqqasə Fatimə Fətəliyevanın mahnı oxumasına irad bildirməsi ilə gündəmə gəlmişdi.

O, verilişdə Fatimənin işiylə məşğul olmasını və müğənnilik etməməsini tələb etmişdi.

Open.az xəbər verir ki, Fətəliyevanın Ramala cavabı gecikməyib.

Rəqqasə bu haqda "Show News" verilişinə danışıb: "Ramal mənim dostumdur. Ola bilər, Ramal "Qızım deyirəm, gəlinim eşit" məsəlinə əsasən danışıb. Yoxsa mən ayaqqabı ya paltar satmıram. Öz işimlə məşğulam. Xınayaxdıya gedib, şeir demirəm. Mən şair deyiləm".