Xalq artisti Faiq Ağayev 6 aydır pul qazanmır.

Open.az xəbər verir ki, ifaçı "Fatehin divanı" proqramında pandemiya səbəbilə toyların qadağan edildiyindən sənət adamlarının maddi sıxıntı çəkdiyini bildirib:

"Ürəyim yanır, təkcə müğənni və musiqiçilər pulsuz qalmayıb: gül, paltar satışı ilə məşğul olanlar, restoranda çalışanlar, aşpazlar, ofisiantlar və kimlər... Hamısı bizim sahə ilə əlaqəsi olanlardır. Bu yaxınlarda eşitdim ki, Azərbaycan iqtisadiyatındakı insanların 42 faizi toy biznesinə görə pul qazanır. Bilmirəm düzdür, ya yox. Lap düz olsa, 22 faiz. Dörd aydır işləməyən sahədir.

Sonuncu dəfə toya yanvarda getmişəm. 6 aydır pul üzü görmürəm. 31 il ərzində kənara nəsə atırdım. Bunu da bir il xərcləyim, sonra nə edəcəm? Gileylənən insanlara heç nə deyə bilmərəm. Ümid edirəm ki, bu mübarizə qələbə ilə nəticələnəck və həmkarlarım toya qayıdacaq".