“İTV Xəbər”in aparıcısı Jalə Həsənlinin işğal olunan kəndlərimizin azad olunmasını efirdə səsləndirdiyi kadrlar sosial şəbəkənin trendinə çevirilib.

Open.az xəbər verir ki, bəzi rus saytları isə aparıcını öz milləti kimi təqdim edib, onun Qarabağla bağlı xəbər verərkən ağladığını yazıb.

J.Həsənli bununla bağlı fikirlərini sosial media hesabında yazıb: “Zarafatsız, mənə maraqlıdır, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər? Bunun bir adı var: Üzsüzlük. Mən sizin üçün “Sarı gəlin”əm, balabanam, yarpaq dolmasıyam? kababam? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar? Ay heç nəyi olmayan bədbəxtlər, onun-bunun sərvətinə göz dikən işğalçılar! Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaq isə təhqirdir. Xahiş edirəm, məni təhqir etməyin”.