Ötın gün müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham irəli sürülüb.

Open.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişinə çıxan bir qadını müğənni Aysel Əlizadənin onun 13 illik ərini əlindən aldığını iddia edib.

Turanə adlı qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Ayselin sürdüyü “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

O bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri ilə məşğul olur.

Qeyd edək ki, 2017-ci ildə mətbuatda müğənninin avtomobil alqı-satqısıyla məşğul olan bir şəxslə münasibətdə olduğu haqda xəbərlər yayılıb. Sözügedən şəxsin müğənniyə son model "Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı bildirilib.

Gülnar Qafarlı