Xalq artisti Emin Ağalarovun həyat yoldaşı Alyona Qavrilova ana olduqdan sonra ilk dəfə paylaşım edib.

Open.az xəbər verir ki, model "İnstagram" hesabında E.Ağalarovla fotosunu paylaşaraq ona təşəkkürünü bildirib.

"Öncə hər kəsi Yeni il münasibətilə təbrik edirəm. Təbrikləriniz üçün də sizə minnətdarlığımı bildirirəm. Dekabrın 31-i ikinci dəfə ana oldum. Qızım dünyaya gəldi. Bu, böyük xoşbəxtlikdir. Özümüzü əla hiss edirik. Sevgi və qayğı üçün atamıza təşəkkür edirik", - deyə A.Qavrilova yazıb.

Xatırladaq ki, müğənni Emin Ağalarov iki gün öncə yenicə dünyaya gəlmiş qızı ilə fotosunu paylaşıb.

Gülnar Qafarlı

Emin Ağalarovun xanımı ana olduqdan sonra ilk təşəkkürü ona etdi - FOTO