Xalq artisti, tanınmış müğənni Emin Ağalarov model həyat yoldaşı Alyona Qavrilova ilə Rusiyanın "OK!" jurnalı üçün kamera qarşısına keçib və müsahibə verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, cütlük müsahibəsində ailə həyatı və qızları Afinadan danışıblar.

Emin Ağalarov: Qızımız dünyaya gələndən sonra bir-birimizə həmişəlik bağlandıq

Ağalarov 2018-ci il dekabrın 31-də dünyaya gələn qızı ilə bağlı təəssüratlarını bölüşüb: "Oğullarım dünyaya gələndə 26-27 yaşım varidi. İndi isə demək olar ki, 40 yaşındayam. Qızımın dünyaya gəlməsi məni daha məsuliyyətli edib. Afina doğulandan sonra biz nəinki doğma olduq, bir-birimizə həmişəlik bağlandıq".

Qeyd edək ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Leyla Əliyeva və Emin Ağalarov 2015-ci ilin may ayında boşanıblar.

Ağalarov 2018-ci ildə model Alyona Qavrilova ilə evlənib. Cütlüyün həmin ilin dekabrında qızı doğulub.

Gülnar Qafarlı