Əməkdar artist Ədalət Şükürov "Xəzər" telekanalınən "5 də 5" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Şükürov verilişin aparıcısı Zaur Kamalın suallarını cavablayıb.

O, Zaurun "5 eviniz var?" sualına belə cavab verib: "Bu xəbərləri hardan yayırlar bilmirəm. Amma mənim bir bağım və iki evim var".

Şükürov həmçinin 3 avtomobilinin olduğunu və onları ailə üzvlərinin istifadə etdiyini bildirib.