Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb.

Open.az xəbər verir ki, ailə qurmadan övlad sahibi olan sənətçi bu barədə "Space"də yayımlanan "Həmin vaxt" verilişində məlumat verib.

O, valideynlərinin bu işdə onu dəstəklədiyini qeyd edib: "Ana olmaq istəyirdim, yenə də ümidimi kəsmirəm. Buna baxmayaraq, 4 aylıq qız uşağını övladlığa götürdüm. 9 ay uşağı bətnində gəzdirməsəm, əziyyətiləri çəkməsəm də, onu sevirəm. İnanıram ki, analıq hissini ona verəcəm. Adı Nəfisədir. İnşallah, məni çox sevər, qızımı istədiyim kimi böyüdərəm. Ana 9 ay uşağı bətnində gəzdirən deyil. Onu böyüdüb, əziyyətini çəkmək də elə analıqdır".