Əməkdar artist Elza Seyidcahan ARB telekanalının "Səhər-Səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Seyidcahan verilişdə vəkil Şəfiqə Nağıyeva ilə qalmaqal yaşayıb.

Elza öncə Şəfiqə xanımın estetik əməliyyat etdirdiyini vurğulayıb.

Lakin Nağıyeva onun bu sözündən qəzəblənərək, əməliyyat etdirmədiyini dilə gətirib.

Fikrində qəti olan Elza bu dəfə vəkilin dodağına gel qoyduraraq, şişirtdiyini bildirib.

Vəkil isə diş həkiminin ucbatından dodağında şiş yarandığını açıqlayıb.