Reper Elşad Xose Murad Arifin "Popumuz var" layihəsinin qonağı olub.

Open.az xəbər verir ki, Xose verilişdə bir neçə maraqlı məqama toxunub.

O, bu günə qədər həmkarı Hüseyn Dəryanın qəbrinə gedə bilmədiyini dilə gətirib.

"Hüseyn Dərya ilə aramızda əsl rəqabət var idi. İndiki reperlər bizim yaratdığımız marağı yarada bilmir. Hüseynin neçə dəfə qəbrinə getmək istəmişəm, gedə bilmirəm. Hər dəfə nəs bir şey çıxır, gedə bilmirəm. Amma həyat yoldaşı və oğluyla münasibətlərimiz əladır".

Reper həmçinin narkotik vasitələrdən istifadə etməsinə də açıqlama verib:

"Heç kim səni zorla narkoman etmir. Sənin özündən asılıdır. Ətrafında daha çox narkotik istifadə edənləri görəndən sonra özün qaşınırsan, dadına baxmaq istəyirsən. Bir neçə dəfə ölümün bir addımlığında olmuşam. Bir-iki sutkaya yaxın komada olmuşam. Özün bundan uzaq durmaq istəmirsənsə, xilas olmayacaqsan. Mən iyrəndim, ona görə özümə “stop” dedim”.