Bir neçə gün öncə nişanlısı Aysel Nəcəflidən ayrılan müğənni Elnar Xəlilov ARB telekanalının "Səhər-səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, ifaçı gündəmə çevrilən ayrılıq xəbərindən bəhs edib.

O, haqlarında yayılan şaiyələrə cavab verərkən, ayrılıq səbəblərinin xəyanət olmadığını dilə gətirib: "Mən nişanlanana qədər də xəyanətkar adam olmamışam.Heç buna ehtiyacım da olmayıb. Sadəcə anlaşılmazlıqlar oldu. Kimisi uşağı olmadığı üçün boşanar, kimisi xəyanətə görə ayrılar. Kimisi də bizim kimi uzlaşa bilməyib. Artıq toyumuza 20 gün qalmışdı. Çıxıb açıqlama verməliydim ki, nişanlımdan ayrılmışam. O, çox yaxşı və tərbiyəli bir xanımdır. Ona görə haqqında heç nə danışa bilmərəm. Sabah biz barışsaq, insanlar deyər ki, bunu qeyrətin necə götürdü?".