Əməkdar artist Elnarə Abdullayeva "Hər səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, verilişin aparıcısı Elgiz xanəndə ilə rəqs etmək istədiyini bildirib.

Lakin Abdullayeva aparıcının istəyinə qarşı çıxaraq, efirdə rəqs etmədiyini dilə gətirib.

Daha sonra inadla rəqs etməyə başlayan aparıcılar Elgiz və Əli yenidən Abdullayevanı rəqs etməyə dəvət edib.

Nəhayət xanəndə ifaçılardan mahnını dayandırmalarını istəyib.