"Eurovision" qalibi, müğənni Eldar Qasımov yeni ifasını təqdim edib.

Open.az xəbər verir ki, ifaçının yeni mahnısı işıq üzü görüb. "Bax, uçuram" adlanan mahnı insanları mübariz, mənəvi güclü olmağa səsləyir: "Bu mahnı mənim yardım harayım, etirazım və çağırışımdı. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır. Biz heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürüb, səmamızı ovucları ilə qaranlığa qərq etsin. Çünki biz hamımız uça bilməliyik. Qanadlarımızı səmaya açıb, yüksəklərə ucalmağı bacarmalıyıq".

"Bax Uçuram" mahnısının musiqisi Ülviyyə Bəbirliyə, sözləri isə Nurlana Cəfərovaya aiddir. Aranjeman və Mix&Mastering Bəbir Bəbirliyə məxsusdur. Özəl fotoset Reno Ra tərəfindən edilib. Mahnı pop ballada janrında yazılıb.