Aparıcı Elçin Əlibəyli həyat yoldaşı Dilrubə Vaqifzadə tərəfindən döyülməsi xəbərinə münasibət bildirib.

Open.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yazıb.

E.Əlibəyli bunun onlara qarşı başlanmış bir kampaniya olduğunu qeyd edib: "Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam".

Qeyd edək ki, Elçin Əlibəylinin “Space” TV-dən çıxmağı haqda məlumatı bütün Kütləvi İnformasiya Vasitələri aparıcının özünə istinad edərək yaymışdı. Belə ki, E. Əlibəyli birbaşa efirdə kanaldan getdiyini açıqlamışdı.