Aktyor Elcan Rəsulov ATV-də yayımlanan "Ər və arvad" serialından ayrılıb.

Open.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında məlumat yayıb.

Elcan serialdan ayrılmağının səbəbini açıqlamayıb: "Bu, "Ər və arvad"ın ilk və son fotosessiyasından olan şəkildir. Mənim isə "Ər və arvad" haqqında son paylaşdığım şəkildir. Daha Elcan oralarda olmayacaq. Mənim üçün bu iş burada bitir. Uzun-uzadı yazmayacağam, çətinliklər, falan, filan... Bitdi, bu qədər. Qalan suallara sabah mətbuat konfransı etsəniz, cavab verərəm. Sən də sağ ol, Kəmalə Piriyeva. Sənə də uğurlar, Aqil M.Quliyev və "Instagramı"nı bilmədiyim başqaları. Hamınıza hələlik".

Qeyd edək ki, rejissorluğunu Aqil M.Quliyevin etdiyi serial bir ildən çoxdur yayımlanır. Ekran işinin digər qəhrəmanı Kəmalə Piriyevadır.