Dünyanın ən bahalı ətiri Dubayda təqdim edilib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ətirin qiymətinin 4,572 milyon dirhəmə (təxminən 1,3 milyon dollar) olduğu bildirilib.

"The Spirit of Dubai" seriyasına daxil olan ətirin adı "Shumukh"dur.

Qiymətli daşlar - brilyant, inci, topaz, qızıl və gümüş ilə bəzədilmiş ətir hazırda "Dubai Mall"da nümayiş etdirilir.

Gülnar Qafarlı