Azərbaycan Respublikanın xalq artisti, kübar sənətkar Zülfiyyə Xanbabayeva ad günü ərəfəsində daha bir yeni layihəsini təqdim edib.

Open.az xəbər verir ki, estrada ulduzu "Oxu" adlı növbəti mahnı və kliplə pərəştişkar ordusunu sevindirib: "Təbriklərinizə görə hər birinizə ayrı ayrılıqda minnətdaram!". Sizin sevginiz Allahın mənə olan böyuk bir lütfüdür. Özəl günümdə bu hədiyyə də məndən Sizə gəlsin! Birgə “OXU”yaq!"

Bəstənin musiqisi İsmail Əsədovun, sözləri isə Ayşən Məmmədovanındır. Klipə ekran həyatını isə gürcü rejissoru Zaza Oraşvili bəxş edib.

Xalq artistinin obrazı üzərində tanınmış stilistlər Ruxa və Elnur Həsənov çalışıb.