Mərhum reper Hüseyn Dəryanın ilk evliliyindən olan qızı Ayişə atasının genini daşıdığını ögey qardaşı Cahangirə sübut etmək üçün DNT analizi verib.

Open.az xəbər verir ki, Ayişənin atası yaşamadığı üçün, onun bacısından analiz götürülüb.

Analizdə Ayişənin Hüseyn Dəryanının qızı olduğunu sübut etmək üçün, 15 genin 15-də uyğun gəlməlidir.

Lakin Ayişənin 15 genindən 12-si uyğunlaşıb. Buna görə də, Hüseyn Dəryanın Ayişənin atası olması təsdiqlənməyib.

Bu haqda "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev məlumat verib: "Atalıq testi zamanı 15 genə baxılır. 15-i də uyğun olarsa, atalıq təsdiq olunar. Amma test zamanı 15 gendən 12-sində uyğunluq əldə edilib. Bu da imkan vermir ki, biz bəli, ata iddia edilən şəxs uşağın atasıdır və ya deyil cavabını verək. Yüz faiz nəticə əldə etmək üçün atadan gen götürmək lazımdır. Yəni, sizin bibinizlə etdiyiniz analizin nəticəsində 3 gen təsdiqlənmədi. Ona görə də qohum olmağınız təsdiqlənmir. Cahangir də gedib analiz versə, eyni nəticə əldə ediləcək. Növbəti analizə ehtiyac var, amma Cahangirin iştirakı mütləqdir".