Ötən gün sosial şəbəkələrdə aktyor Coşqun Rəhimovun ölüm xəbərini yayanlara "Bu Şəhərdə"nin ssenaristi Müşviq Abbasovdan cavab gəlib.

Open.az xəbər verir ki, Müşfiq baş verən məsələnin təxribat olduğunu vurğulayıb.

Abbasov bu xəbəri yayanlara sərt reaksiya verib: "Bir gün sonra Tbilisidə bizim növbəti konsertimiz reallaşıb. Lakin elə bil bir ənənəyə çevrilib, bizim hər konsert qabağı Coşqunla bağlı hansısa biqeyrətlərin, binamusların və başqa bi-lərin balaları öz səhifələrində, saytlarında reytinq və layk xatirinə ağızlarına və başqa orqanlarına gələn şaiyələri yayırlar. Yaxud müəmmalı başlıqlarla bunu edənləri dəstəkləyirlər. Allaha Şükür hər şey əladır, Coşqun özünü yaxşı hiss edir. Allah bizim tamaşaçılarımızı qorusun".