"28 Mall" ticarət mərkəzində yerləşən premium kinoteatrı “CinemaPlus”da “Yol Arkadaşım” filminin yaradıcılarının ekranlaşdırdığı “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi baş tutub.

Open.az xəbər verir ki, rejissorluğu Bedran Güzelin etdiyi filmdə baş rollarda İbrahim Büyükak, Onur Buldu, Doğu Demirkol, Büşra Pekin və Safa Sarı çəkilib.

“Bayı toplantısı” filmi məcburən qatılmalı olduqları ticarət toplantısında məişət avadanlığının ticarəti ilə məşğul olan üç satıcının üzləşdiyi bir-birindən maraqlı macəralardan bəhs edir. Bir-birlərini tanımayan Namiq, Adəm və Sadıq ticarətlə məşğul olur və yolları ticarət toplantısında kəsişir. Həyatlarının mürəkkəb bir anını yaşayan Namiq, Adəm və Sadıq üzləşdiyi hadisələrdən sonra özlərini tam bir macəra ilə zəngin ortamda kəşf edirlər. Həmkarlarını xilas edə bilmək üçün bu üçlüyün bir-birlərinə güvənmək və tələsməkdən savayı çarələri yoxdur.

Film fevralın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.