Müğənni Cəmilə Bayramova (Elitstar Cəmilə) ATV-nin "Şou ATV" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, müğənni ilk dəfə bacısının dəhşətli ölümündən danışıb.

Hadisədən şoka düşən Cəmilə uzun müddət səsinin tutulduğunu dilə gətirib: "2015-ci ildə baş verən hadisədən danışıram. Onu da deyim ki, ilk dəfədir bu barədə açıqlama verirəm. Bacım Kazanda işləyirdi. Ticarət mərkəzinin anidən çökməsi nəticəsində bacım oğlunun gözünün qabağında daşların altında qalıb. Orada yanmağa başlayıb. Düşünün bacımın cəsədi tikə-tikə olmuşdu. Üstəlik yandığı üçün tanınmaz hala gəlmişdi. DNK ilə bacımı tapmışıq. Bu hadisənin şokundan çıxa bilmirdim. Hətta səsim tutulmuşdu".