Türkə ərə gedən azərbaycanlı aktrisa Cəmilə Tağızadə ilk dəfə olaraq sosial şəbəkədə övladının fotosunu paylaşıb.

Open.az xəbər verir ki, sənətçi oğlu Abdullah Cəsur və həyat yoldaşı Murad Temizle lentə alınan şəkilə "Sevgililə gününün ən gözəl hədiyyəsi" başlığı ilə yayımlayıb:

"Canımız, oğlumuz, Abdullah Cəsur Temiz, xoş gəldin həyatımıza! Allah hər bir kəsə xoşbəxt ailə və sağlam övladlar nəsib etsin. Həyatımın ən dəyərli hədiyyəsi oğlum oldu. Allah onu və bütün balaları qorusun! Amin! Nəhayət ki, 25 gün sonra sosial şəbəkələrə girməyə və paylaşım etməyə vaxt tapdım".