Türkiyəli müğənni Cem Adrian ötən gün paytaxtın tanınmış məkanlarının birində solo konsert proqramı ilə çıxış edib.

Open.az xəbər verir ki, konsert proqramı saat 20:15-də başlayıb.

Pera Groupun təşkil etdiyi gecənin birinci hissəsində müğənni sevilən mahnıları ilə yanaşı "Sarı gəlin"i də ifa edib.

İkinci hissədə isə o, azərbaycanlı həmkarı Nahidə Babaşlı ilə birlikdə səhnəyə çıxıb.

"5 ildən sonra Bakıda olmaq çox gözəldir. Bizə göstərdiyiniz xüsusi münasibət və sevgi çox gözəldir. Heç Türkiyədə mahnılarımı bu qədər əzbər bilmirlər. Əslində bu məni təəccübləndirdi. Nahidəni isə çoxdan tanıyıram. Onu mahnılarımı ifa edərkən tanımışdım və səsinin gözəlliyinə heyran olmuşdum. Elə bu səbəbdən Bakıya gəlmişkən, onunla da duet oxumaq istədim", - deyə ifaçı bildirib.

Qeyd edək ki, Cemi izləməyə gələnlər arasında əməkdar artist Tünzalə Ağayeva da olub. Cem isə səhnədən ona öz təşəkkürünü bildirib.

Cem Adrian 5 ildən sonra Bakıya gəldi - Nahidəylə səhnəyə çıxdı - FOTO

Cem Adrian 5 ildən sonra Bakıya gəldi - Nahidəylə səhnəyə çıxdı - FOTO

Cem Adrian 5 ildən sonra Bakıya gəldi - Nahidəylə səhnəyə çıxdı - FOTO

Cem Adrian 5 ildən sonra Bakıya gəldi - Nahidəylə səhnəyə çıxdı - FOTO Cem Adrian 5 ildən sonra Bakıya gəldi - Nahidəylə səhnəyə çıxdı - FOTO