"Müğənnilərə çox hörmət edirlər. Amma bəzən məşhurluq mane olur. Gəlib şəkil çəkdirmək istəyirlər, narahat olursan".

Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "7 Canlı" proqramında deyib. Müğənni gənc ifaçılarla dostluq etmədiyini söyləyib:

"Adam var dəyişilir, statusu artıqca, havalara girir. Cavanlar daha çox belədir. Yeni gələn ifaçılarla dostluq etmirəm. Dostlarım heç vaxt dəyişmir, elə də qalıblar. Adam da var ki, elə bilir ulduzdur, əlçatmmazdır. Şüşədir da, qırılıb tökülüb yerə, günəş də vurur. Onun parıltısıdır. Nə, kim olursan ol, adam ol".