Müğənni Mina Hüseynin efirə geyindiyi geyim yenə başına bəla olub.

Open.az xəbər verir ki, müğənni bu gün jurnalist Tahirə Məmmədıqızı və Çinarənin ARB TV-də yayımlanan "Xəbər ətər" verilişində qonaq olub. Verilişə müğənni qısa şortda gəlib. Veriliş zamanı efirə tamaşaçı qismində zəng edən gitara ifaçısı Rəmişin həyat yoldaşı Güllü xanım Minanı sərt tənqid edib.

"Mina xanım gözəl-göyçək xanımdır, amma o nə oturuşdu oturub. Bizim millətə yaraşayan oturuş deyil. Efirə kişilər, uşaqlar baxır. Ayıbdır, geyimi də çox açıq-saçıqdır. Bütün alt-üst görünür".

Mina isə tənqidlərə belə cavab verib: 21-ci əsrdir, bu geyim də normaldır.Azxəbər