Prodüser və aparıcı Tarix Əliyev (Tolik) və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Open.az xəbər verir ki, Nazilə Səfərli "İnstagram" hesabında əməkdar artist Röya Ayxanla rəqsini paylaşıb.

Bunu görən Tolik onun paylaşımına "Necə sevinirsən Röyayla oynayanda" şərhini yazıb.

Prodüserin şərhini silən Naziləyə Tolik sərt ismarış yollayıb.

O, Səfərlininin xoflu birisi olduğunu vurğulayıb: “Deyirəm ki, xain xoflu olar. Nazilə də məncə xofludur. Bu videonu səhifəsində paylaşıb. Yazdım ki, “necə sevinirsən Röya ilə oynayanda”. Burda pis nə var ki? Tez şərhimi silib. Mən də onun özünü sildim və bloka atdım. Mənim heç kimdən nə asılacağım var, nə də qorxmuram. Röyanın onsuz da belə şeydə bəxti yoxdur. Çoxusu ona səmimi olar, həmişə üzünə gülər, amma “nə yaxşı ki varsan” deməyə cürətləri çatmaz”.