"Bu şəhərdə" komandasının ssenaristi Müşfiq Abbasov haqda qalmaqallı xəbər yayılıb.

Open.az xəbər verir ki, Abbasovun 240 min manatlıq evi əlindən alınaraq, Həsənova Mehriban Həsən qızına verilib.

O, bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. "10.07.19 tarixində Həsənova Mehriban Həsən qızı və onun bacısı qısı Həsənova Gülrux Sənan qızı Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə isbat etdilər ki Prezidentimizin mülkiyyətlə bağlı Fərmanları qüvvəsiz, Azərbaycanda Dövlət Əmlak Komitəsinin verdiyi hər bir çıxarış da (kupça), hər an saxta sayıla bilər və hər bir Azərbaycan vətəndaşının mülki əlindən alına bilər. Bu məntiqlə, Azərbaycanda hər ehtimala qarşı hamı evini satıb, kirayə yaşamalıdır?"