Xəbər verdiyimiz kimi Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilməyib.

Məsələ ilə bağlı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Open.az-a açıqlama verib.

O, rəsmi müraciət vasitəsi ilə "Bu Şəhərdə" komandasının şəhərdə konsert verə biləcəyini bildirib:

“Bu şəhərdə” komandası ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib".