Xalq artisti Emin Ağalarovun şəxsi həyatı ilə bağlı yeni iddia irəli sürülüb.

Open.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sənətçinin üçüncü dəfə ailə həyatı quracağı bildirilib.

Məlumata görə, Emin Ağalarovun hazırki sevgilisi tanınmış teleaparıcı Yuliya Baranovskayadır.

Cütlüyün artıq ailə həyatı qurmağa hazırlaşdığı, hətta Baranovskayanın gəlinlik seçməyə başladığı qeyd olunub.