Xəbər verdiyimiz kimi, xalq artisti Emin Ağalarov üçüncü dəfə ata olub.

Open.az xəbər verir ki, 32 yaşlı model Alyona Qavrilova ilə ailəli olan Emin ötən gün ilk dəfə yenicə dünyaya gələn qızının fotosunu paylaşıb.

O, bütün uşaqlara sağlam böyüməsini arzulayıb.

Qeyd edək ki, körpə Yeni ilə bir neçə saat qalmış doğulub.

Xatırladaq ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Leyla Əliyeva və Emin Ağalarov 2015-ci ilin may ayında boşanıblar.

Gülnar Qafarlı

Bu da Emin Ağalarovun yeni doğulmuş qızı - FOTO