Müğənni Röya Ayxan bu gün “Xalq artisti” fəxri adını alması ilə bağlı danışıb.

Open.az-a danışan sənətçi fikirlərini belə ifadə edib:

“Məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən, mahnılarım ilə ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Ailəmi sevindirdiklərinə görə bir daha təşəkkür edirəm. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın”.