Xalq artisti Röya Ayxanın həmkarı Brilliant Dadaşova haqqında "onun kimi erməni ifaçının altına "super" yazmaram" deməsi Dadaşovanı qıcıqlandırıb.

Open.az xəbər verir ki, bunun qarşılığında Dadaşova Röya Ayxanı İnstagram hesabında "unfollow" edib.

Daha sonra isə Dadaşova sosial şəbəkədə yeni layihəsi olan Şükr ola nın videosunu paylaşıb.

Onun görüntülərinin altında yazdığı sözlərlə Röyaya söz atdığı iddia olunur:

“Səhnəyə çıxdığım ilk gündən bu günədək təriflədiyim hər kəs fürsət tapıb kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizə güvənərək təsəlli tapdım”.