Xalq artisti Brilliant Dadaşova Tarix Əliyevin “YouTube”da yayımlanan “Səmimi” verilişində qonaq olub.

Open.az xəbər verir ki, sənətçi ilk dəfə illərdir adının məşhur din xadimi ilə hallanmasından söhbət açıb.

Dadaşova adı hallanan şəxsi indiyədək həyatda görmədiyini bildirib və həmin adamları yalan məlumat yaydığına görə Allaha tapşırıb.