Xalq artisti Brilliant Dadaşova həmkarı Faiq Ağayevlə olan qalmaqallarından bəhs edib.

Open.az xəbər verir ki, Dadaşova Faiq Ağayevin illər öncə ondan konsert biletlərinin satılması üçün xahiş etdiyini dilə gətirib.

O, həmkarı haqda bu sözləri dilə gətirib: "Mənə dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər də, böhtan da atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü".