Xalq artisti Brilliant Dadaşova 5/5 verilişində qonaq olub.

Open.az xəbər verir ki, proqramda aparıcı Zaur Kamalın “Bayram günündə küsülülərlə barışmaq lazımdır. Sizin də çox sayda küsülü olduğunuz həmkarlarınız var. Onlarla barışmaq istəyirsinizmi” sualına sənətçi belə cavab verib:

“Çoxlarına həmkar kimi əlimi uzatmışam, qucaq açmışam, amma sonra görmüşəm ki, olmaz. Sən təriflədikcə, arxandan iş görürlər. Özünü bu insanlardan qorumaq lazımdır. Bütün bunlar bir dəfə ilə olmur. Verilişim olan vaxtlarda proqrama çağırdığım müğənniləri dağın başına qoyub tərifləyirdim. Amma sonradan gördüm ki, onların əlinə fürsət düşdükcə sənə başqa cavab verirlər”. (Axşam.az)