"Başqa kişi ilə görüşən xanımlar bir yana. Amma bəzilərinin həyat yoldaşı özü istəyir ki, xanımı başqası ilə görüşsün. Ondan əl çəksin. Çünki ortada pul var axı".

Open.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Hər şey daxil" verilişində söyləyib.

O, proqramda qadın xəyanətindən bəhs edib.

Oksana daha sonra ona keçmiş reper əri Elşad Xose ilə bağlı ünvanlanan suala "Elşad Xose var həyatda? Mənim həyatımda şəxsən yoxdur" cavabını verib.