Ekstrasens Bayram Nurlu bu dəfə yeni videosu ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, Bayram son zamanlarda məşhurlaşan "Bottle cap challenge" trendinə qoşulub.

O, butulkanın qapağını təpiklə açanları qınayaraq, onları sərt tənqid edib: "Yeni trend çıxıb. Hamı ayaqlarını uzadıb, butulka qapağı açır. Mənə dedilər ki, trendi özüm dəyişim. İndi isə trendi mən dəyişirəm. Bu butulkadır, bundan su içirsiniz. Müqəddəs əşyadır, ona təpik vurmaq doğru deyil".