Müğənni Zeynəb Dostəliyeva ARB telekanılının "Səhər-səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Zeynəb bacısı xalq artisti Nazpəri Dostəliyevanın qalmaqal yaşadığı əməkdar artist Elza Seyidcahana sərt ismarıc yollayıb.

O, əməkdar artisti efir etikasından kənara çıxmaqda qınayıb: "Kimin şəklini istəyirsən cır yaxud yandır. Amma çaşma! Kimə qarşı olsa da, Nazpəri xanıma qarşı çaşma! İlhamə Quliyevanın yolunu getmək istəyirsən, amma alınmayacaq. Çünki o, sözü kimə dediyini bilirdi. Efirdə deyirsən ki, "mənə bir dəfə də olsa bahalı ətir almayıb". Niyə almalıdır? O, kişidir sən xanım?".