Müğənni Xatun Əliyeva "Bacanaqlar" serialı ilə bağlı etiraf edib.

Open.az xəbər verir ki, sənətçi "Gündən-günə" proqramında ekran işindən küsüb getdiyini söyləyib:

"Əvvəl məni aktrisa kimi harasa dəvət edəndə sevinirdim, indi yox. Qadınlarla yola getmirəm. Ona görə elə "Bacanaqlar"dan da ayrıldım. Hər zamand eyirəm ki, getdiyim yerdə bir nəfərdən söz götürüm. Mənim müdirim bir nəfər olsun. İstəyirəm dostum, getdiyim yerdə özəl olum. Yoxsa çox adam söz deməsin".