Tanınmış aparıcı Sona Rəsulova növbəti dəfə evlənməyə hazıırlaşır.

Open.az xəbər verir ki, aparıcı ikinci evlilik təklifini Türkiyədə alıb.

Rəsulova türk vətəndaşı ilə evlilik xəbərini sosial şəbəkədə məlumat verib.

O, evliliyi barədə bunları açıqlayıb:

"Hər dəfə belə videolara gülüşlə baxırdım. Düşünməzdim ki, nə vaxtsa, mənim də başıma gələr. Ege dənizinin ortasında sevdiyin insandan evlilik təklifi almaq məni elə təəccübləndirdi. Dənizdən sonra saçlarımı daramağa belə imkanım olmadı. Əsas bu deyil. Ən əsası odur ki, mənim cavabım "hə" oldu. Sevgi möcüzələr yaradır, hər şeyə qadirdir, planlarımızı dəyişdirməyi bacarır. Qısası, sevginin olması gözəldir. Hər kəsə xoşbəxtlik və sevgi diləyirəm".

Xatırladaq ki, Sona Rəsulova "Dəyirman" qrupunun reperi Elmirlə evli olub.

Azərbaycanlı xanım aparıcı ikinci dəfə evlənir