Bir müddət öncə Amerikaya köçən “Eurovision” təmsilçimiz Fərid Məmmədov oğlu ilə fotosunu paylaşıb.

Open.az xəbər verir ki, ancaq sənətçi övladının üzünü göstərməkdən boyun qaçırıb. Müğənni paylaşımına “Təbrik edirəm, Fərid! Bu balaca adamın atası kimi qürurlu və istedadlı olmasını arzu edirəm”, - deyə yazıb.

Qeyd edək ki, F.Məmmədov Əməkdar artist Aybəniz Haşımovanın “Bülbülllər” qrupunda solist kimi çıxış edib. O, 2013-cü ildə “Eurovision” mahnı müsabiqəsində “Hold me” mahnısı ilə təmsil edərək ikincilik qazanıb. Daha sonra isə naməlum səbəblərdən ölkəni tərk edib. Sonuncu dəfə F.Məmmədovun ABŞ-da kuryer olaraq çalışdığı haqda məlumatlar yayımlanmışdı.(Axsam.az)