Müğənni Emma Ələkbərzadənin başına iş gəlib.

Open.az xəbər verir ki, ifaçı getdiyi restoranların birində yediyi salatdan sonra zəhərlənib.

Müğənni bu haqda sosial şəbəkədə məlumat verib:

"Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”.

Azərbaycanlı müğənni məşhur restoranda zəhərləndi